2013-cü ilin yanvar-may aylarında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 4 430,3 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Hesabat dövründə 924,9 kilometr uzunluğunda kəmərdə əsaslı təmir işləri aparılıb.
Məlumata görə, “Azəriqaz”ın fəaliyyəti dövründə (2009-2013-cü illər) 20588 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb ki, bunun da 19508,1 km-i regionların payına düşür. Bakı şəhəri üzrə bu rəqəm 897,2 km, magistral qaz kəmərləri üzrə isə 182,7 km təşkil edir.
Bu dövrdə əsaslı təmir edilmiş qaz kəmərlərinin ümumi uzunluğu 6878, 8 km olub. Burada isə nisbət belə olub: regionlar - 2846,2 km, Bakı şəhəri – 3891 km, magistral qaz kəmərləri - 141,6 km.