ABŞ-ın Stenford Universitetinin tələbələri Azərbaycan musiqisi konserti keçiriblər. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Konsertdə universitetin “Azərbaycan musiqisi və mədəniyyəti kursu”nun tələbələri çıxış ediblər. Proqrama qaval, ud, tar və digər musiqi alətlərində ifalar daxil olub. Musiqiçilər muğam və xalq mahnıları ifa ediblər.
Məlumatda qeyd edilir ki, böyük uğurla keçən konsertdə ali məktəbin professor və müəllim heyəti iştirak edib.
“Azərbaycan musiqisi və mədəniyyəti kursu” 2013-cü ilin aprel ayında musiqi fakültəsinin nəzdində təsis edilib.