"Kapital Bank" Azərbaycanın ödəniş kartları bazarında liderliyini qoruyur. Bu barədə bankdan məlumat verilib.
“2013-cü il iyunun 1-nə bankın ödəniş kartlarının sayı 2 mln. 232 minə çatıb”, - deyə məlumatda qeyd edilir.
Hesabat tarixinə "Kapital Bank"ın bankomatlarının sayı 477, müxtəlif ticarət-xidmət şəbəkələrində pos-terminallarının sayı 661 ədəd təşkil edir.
"Kapital Bank" 2005-ci il yanvarın 26-da fəaliyyətə başlayıb. Bankın səhmdarları “Pasha Holding” (99,8%) və fiziki şəxslərdir (0,2%). “Kapital Bank” aktivlərinin həcminə görə Azərbaycanın ən iri özəl bankıdır.