Ombudsmanların XI Beynəlxalq Bakı Konfransının iştirakçıları Qəbələ rayonunda olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Dünyanın 10-dan çox ölkəsindən gəlmiş ombudsmanlara, insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq səviyyəli ekspertlərə, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinə regionun sosial-iqtisadi nailiyyətləri barədə məlumat verilib. Qonaqlar qədim Qəbələ şəhərinin tarixi dəyərləri ilə tanış olublar.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın rəhbərlik etdiyi nümayəndə heyəti "Beltmann" fortepiano istehsalı fabrikində və konserv zavodunda olub.
Qonaqlara həmçinin Qəbələ rayonunun turizm potensialı barədə məlumat verilib.