SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın bir sıra şəhərlərində qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 09:00-dan 19:00-dək “Lənkəran” Qazpaylayıcı Stansiyasından, saat 09:00-dan 18:00-dək “Dilman-Şərədil” xətti istisna olmaqla “Şamaxı” Avtomatik Qazpaylayıcı Stansiyasından, saat 10:00-dan 18:00-dək “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəmərində, “Sumqayıt” Qazpaylayıcı Stansiyasından qidalanan “Şəhər qazı-1” orta təzyiqli qaz kəmərində, “Daşkəsən” Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan Daşkəsən şəhərinə gedən orta təzyiqli qaz kəmərində, 10:00-dan 16:00-dək “Qusar” Qazpaylayıcı Stansiyasından, saat 11:00-dan 17:00-dək isə “Tovuz” Avtomatik Qazpaylayıcı Stansiyasının 2-ci çıxışından təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Lənkəran, Daşkəsən, Tovuz, Qusar şəhərlərinə, Sumqayıt şəhərinin bir hissəsinə, Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.