İordaniyanın Əmman şəhərindəki Milli Kitabxanada Azərbaycanın qədim əlyazmalarının sərgisi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutundan məlumat verilib.
Sərgidə Bakıda saxlanılan qədim əlyazmaların surətləri nümayiş etdirilib. Bunlar əsasən ərəb, eləcə də türk və fars dillərində olan əlyazmalardır.
Sərgi İordaniyanın Mədəniyyət Nazirliyi, Azərbaycanın bu ölkədəki səfirliyi və AMEA Əlyazmalar İnstitutu tərəfindən təşkil edilib.
AMEA Əlyazmalar İnstitutundan verilən məlumata görə, xüsusilə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin nəfis əlyazmaları seyrçilərin diqqətini çəkib.