Azərbaycanda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 342,3 manat təşkil edir. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Məlumatda qeyd edilir ki, iyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
“1 aprel 2013-ci il tarixinə Azərbaycanda dövlət qulluqçusu kimi əmək pensiyası alanların sayı 12,003 min nəfər təşkil edir. Onlardan 65,3%-i yaşa görə, 24%-i əlilliyə görə, 10,7%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Bu kateqoriyanın orta aylıq pensiya məbləği 342,3 manat təşkil edir”, - deyə məlumatda vurğulanır.
DSMF-in məlumatına görə, 2012-ci il aprelin 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 mln. 271,526 min nəfərdir.