Fövqəladə Hallar Nazirliyi respublikanın su hövzələrində bir neçə boğulma hadisəsi qeydə alıb.
FHN-in mətbuat xidmətinin məlumatına əsasən, iki hadisə Xəzər dənizində baş verib. Bu gün saat 06:48-də Sabunçu rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində çimərkən batmış 17 yaşlı oğlanın cəsədi sudan çıxarılıb.
Səhər 07:00-da paytaxtın Səbail rayonu ərazisində dənizin nəzarət olunmayan hissəsində dalğıclar şəxsiyyəti müəyyən edilməmiş bir nəfərin cəsədini sudan çıxarıblar.
KİV-in məlumatına görə, bir gün əvvəl daha iki hadisə baş verib. Binəqədi rayonu ərazisində Xocasən gölündə 11-12 yaşlarında iki oğlan batıb. Salyan rayonu ərazisində isə 24 yaşlı İran vətəndaşı çayda çimərkən boğulub.