İordaniyanın paytaxtı Əmman şəhərinin milli kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan qədim əlyazmaların nüsxələrinin surətləri sərgilənib.
Sərgi İordaniyanın Mədəniyyət Nazirliyi, Azərbaycanın bu ölkədəki səfirliyi və AMEA Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə qədim əlyazmaların nüsxələrinin surətləri ilə yanaşı, fars və türkdilli əlyazmaların nüsxələrinin surətləri də nümayiş etdirilib. Xüsusilə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin nəfis əlyazmaları seyrçilərin diqqətini çəkib.