Gələn il Vaşinqtonda Azərbaycan günləri keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
ABŞ-ın Smithsonian İnstitutunun Asiya Mədəniyyəti Proqramı və Asiya, Avropa və Yaxın Şərq Etnologiyası bölməsinin direktoru, professor Paul Teylorun ölkəmizə səfəri zamanı bir sıra birgə layihələrin gerçəkləşdirilməsi və Azərbaycan günlərinin keçirilməsinə dair razılıq əldə olunub.
P.Teylor Azərbaycana Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq proqramı çərçivəsində səfər edib.
Bir sıra dövlət qurumlarında keçirilən görüşlərdə Azərbaycan mədəniyyəti və tarixinin təbliğ olunması məqsədilə birgə nəşrlərin hazırlanması və Smitshonian İnstitutunda müxtəlif sərgi, mühazirələrin, təqdimatların keçirilməsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Vaşınqtonda nümayəndəliyinin açılması məsələləri müzakirə edilib.