Prezident İlham Əliyev çərşənbə axşamı Niderland Krallığının səfiri Aryen Peter Uyterlindeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin razılıq doğurduğu bildirilib, inşaat, memarlıq, su, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Tərəflər münasibətlərin möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb, ikitərəfli əlaqələrin gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə ediblər.