Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə sabah Azadlıq Meydanında keçiriləcək hərbi paradda 5000-dən çox şəxsi heyətin iştirakı nəzərdə tutulur. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hərbi parada yeni istehsal olunan və modernləşdirilmiş 300-ə yaxın texnika və silah sistemləri, 100-dən çox təyyarə və vertolyot, 40-a yaxın gəmi və kater cəlb olunacaq.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi paradın hazır vəziyyətdə olması barədə raportu müdafiə naziri general-polkovnik Səfər Əbiyev verəcək.