“Təmiz Şəhər” ASC nizamnamə kapitalını 18,3 dəfə - 9 mln. 149,672 min manatadək artırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) məlumat verilib.
ASC-nin nizamnamə kapitalının artırılması səhmlərin nominal dəyərinin konvertasiyası yolu ilə həyata keçiriləcək. Səhmlərin nominal dəyəri bir qiymətli kağız üçün 500 min manatdan 9 mln. 149,672 min manatadək artacaq.
“Təmiz Şəhər” ASC-nin nizamnamə kapitalı 1 səhmə bölünüb.
QKDK ASC-nin səhmlərinin emissiya prospektini onların nominalının dəyişməsi nəzərə almaqla qeydiyyata alıb.
Hazırda “Təmiz Şəhər” ASC-nin nizamnamə kapitalı 500 min manata bərabərdir.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. 2009-cu ilin mart ayında Vergilər Nazirliyi ASC-ni 500 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb. ASC-nin bütün səhmləri İqtisadi İnkişaf Nazirliyinə məxsusdur.