İsgəndəriyyə kitabxanasında dahi Azərbaycan mütəfəkkiri, filosofu və şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.
Abidə prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, eləcə də Azərbaycanın Misirdəki səfirliyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələri ilə kitabxananın rəhbərliyi arasında danışıqların yekunlarına əsasən ucaldılacaq.
Bu məqsədlə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri texniki məqamların müzakirəsi üçün Misirə yola düşüblər.