Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Banklarda risklərin idarə edilməsi” Qaydaları yenidən işlənib və bank ictimaiyyəti ilə müzakirəsinə başlanılıb. Bu barədə bankın məlumatında bildirilir.
Qaydaların yeni variantında əsas dəyişikliklər banklarda risklərin idarə edilməsi sisteminin daha effektiv təşkilinə, təfsilatlı risk strategiyasının müəyyən edilməsinə, risk menecmenti funksiyasının qərar qəbuletmə proseslərində səmərəli iştirakının təmin edilməsinə yönəlib.
Qaydalarda edilən dəyişikliklərə əsasən, AMB “Baş Risk İnzibatçısı” vəzifəsinin müəyyən olunmasını təklif edir və sənəddə onun vəzifə və səlahiyyətləri təsbit olunur.