Qəbələ rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Qanvermə aksiyasında rayonun idarə və təşkilatlarının əməkdaşları və rayon sakinləri könüllü olaraq iştirak ediblər. Aksiyaya 150 nəfər qatılıb.
Aksiya hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilib.
Aksiya zamanı ümumilikdə 40 litrdən artıq qan toplanaraq Qan Bankına göndərilib.