SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsindəki hasilat quyusunu əsaslı təmirdən sonra istismara verib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
47 nömrəli quyu “Günəşli” yatağındakı 13-cü özüldən qazılıb.
Təmirdən sonra quyunun sutkalıq debiti 46 ton neft və 11 min kubmetr qaz təşkil edir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.