SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
2602 nömrəli quyu 2585 nömrəli özüldən qazılıb. Quyunun dərinliyi 2326 metr təşkil edib.
Quyunun sutkalıq debiti 30 ton neft təşkil edir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.