1996-cı il təvəllüdlü şəxs Bakının Binəqədi rayonunda nəzarət olunmayan ərazidə çimərkən batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri bazar ertəsi saat 08:04 radələrində oğlanın cəsədini taparaq sudan çıxarıblar.