Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 104 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 32 nəfər həlak olub, 13 nəfər yaralanıb, 4 nəfər intihar edib.
7 nəfər qətldə, 5 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 7 nəfər qarət və soyğunda, 28 nəfər oğurluqda, 5 nəfər avtomobil qaçırmaqda, 2 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.