2013-cü ilin may ayında Bakının ilkin daşınmaz əmlak bazarında qiymətlər aprel ayı ilə müqayisədə 1% - 1 kv.m üçün 873,2 manata qədər artıb. Bu barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
2012-ci ilin may ayının göstəricisi ilə müqayisədə orta qiymət 7,7% artıb.
May ayında birlik Bakıda 131 tikinti şirkəti tərəfindən 396 yeni binanın tikilməsini qeydə alıb.