SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə axşamı Azərbaycanın iki və Bakının dörd rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək “Pirallahı-Qala” qaz kəməri, saat 10:00-dan 18:00-dək “Qusar” və “Ərəbqədim” Qazpaylayıcı stansiyaları, “Sulutəpə” Qazpaylayıcı Stansiyasından qidalanan “Biləcəri” ölçü qovşağı və “Sulutəpə-Çiçək” orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 19:00-dək isə “Maştağa” Qazpaylayıcı Stansiyasından qidalanan “Maştağa-Nardaran” əhali xətti və “Keşlə” Qazpaylayıcı Stansiyasından qidalanan “Xətai” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Qusar rayonuna, Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli kəndlərinə, Xəzər rayonunun Qala qəsəbəsi və Xaşaxuna bağları ərazisinə, Xətai rayonunun UPD və NZS yaşayış sahələrinə, Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrinə və Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.