Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasimdə iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İ.Əliyev Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, Akademiyada yaradılan şəraitlə tanış olub, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşüb.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə prezidentə minnətdarlığını bildirib.