2013-cü ilin may ayında Bakı bazarlarında tikinti materiallarının qiymətləri aprel ayı ilə müqayisədə 0,28% azalıb. Bu barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin saytında məlumat verilir.
“Araşdırmalar göstərib ki, 2013-cü ilin may ayında tikinti materiallarının qiyməti ötən ilin may ayı ilə müqayisədə 3,3% ucuzlaşıb", - deyə məlumatda qeyd edilir.
Cari ilin may ayında Bakı bazarlarında 87 növdə tikinti materialının qiyməti izlənilib ki, bunun da 53,5%-i yerli istehsal mallarıdır.
May ayında 34 növdə tikinti materialının, o cümlədən faner (2,7%), dikt (0,4%), DVP (0,7%), şveller (1,6%) metal borular (1,2%), sink təbəqə (1,4%), şüşə (0,5%) və laminat parketlərin (6,2%) qiymətlərində ucuzlaşma qeydə alınıb.
May ayında bitum (0,2%), mismar (0,8%) və penoplastın (0,6%) qiymətlərində artım müşahidə olunub.