Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) iyulun 4-də yerli şirkətlər üçün “China Import & Export” sərgisinə dair təqdimat keçirəcək. Bu barədə fonddan məlumat verilib.
“China Import & Export” sərgisi 2013-cü ilin oktyabr ayında Quanjao şəhərində keçiriləcək.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.