SOCAR 2013-cü ilin I yarısında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 1 mln. 364,679 min ton Azərbaycan nefti ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
2013-cü ilin iyun ayında Supsa limanından 242,325 min ton Azərbaycan nefti yola salınıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.