Bakı apteklərindən 850 qutudan çox sertifikatlaşdırılmamış dərman müsadirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Reydlər Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakının Yasamal rayonunda yerləşən 23 və Nizami rayonunda yerləşən 9 aptekdə aparılıb.
Reydlər nəticəsində sertifikatsız satılan dərman preparatları aşkarlanıb.
Beləliklə, ümumilikdə 32 aptekdə müvafiq sənədləri olmayan 876 qutu dərman aşkarlanıb ki, bunların da 671-i Yasamal, 205-i Nizami rayonundakı apteklərin payına düşür.