İyulun 6-7-də Bakı Dənizkənarı Milli Parkında “Su üzərində alov” adlı misilsiz şou keçiriləcək. Tədbirdə dünyanın ən yaxşı idmançıları iştirak edəcəklər.
“İştirakçılar Bakı Buxtasından dənizə sürətli motorlu qayıqlarla çıxacaqlar”, - deyə Bakı Dənizkənarı Milli Park İdarəsindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Yarışların nəticəsinə görə ən güclü idmançı müəyyənləşdiriləcək.
Əcnəbi idmançıların iştirakı ilə keçiriləcək su üzərində yay şousu Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur.