Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 3-də İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldinini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Prezident səfir M.Baldiniyə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.