SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Azərbaycanın 10 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar iyulun 4-də saat 10:00-dan 20:00-dək “Alvadı”, ”Cəlilabad” və “Göytəpə” Qazpaylayıcı stansiyalarından, 4-5 iyul tarixlərində isə “Goranboy” və “Borsunlu” Qazpaylayıcı stansiyalarından qidalanan orta təzyiqli qaz kəmərinin təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Yevlax, Naftalan, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan, Cəlilabad və Masallı rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.