Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Cuellar ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik dairələrdən olan mənbə məlumat verib.
Kolumbiyalı nazirin Azərbaycan rəhbərliyi ilə rəsmi görüşlərinin iyulun 8-də başlanacağı gözlənilir.
XİN rəhbərinin cavab səfəri 2012-ci ilin yayında Latın Amerikasının 4 ölkəsinə turnesi çərçivəsində Kolumbiyaya səfər edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə həyata keçirilir.