Həqiqi hərbi xidmətə yola düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Lənkəran rayon şöbəsinə gedərkən ağır yol qəzasına uğrayan 18 yaşlı Əmrah Heydərov aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu cümə günü məlumat verib.
İnsident bu gün səhər Ələt-Astara magistralının 189-cu kilometrliyində, Lənkəran rayonu ərazisində baş verib.
Ə.Heydərovun içərisində olduğu “VAZ-2107” markalı minik maşını Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.