SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Goranboy rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan “Goranboy” və “Borsunlu” Qazpaylayıcı stansiyalarından Goranboy rayonu və Naftalan şəhərinə gedən orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Goranboy rayonu və Naftalan şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.