ATƏT-in fəaliyyətdə olan ofisinin statusunun dəyişdirilməsi hər bir dövlətin suveren hüququdur. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara bazar ertəsi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqların yekunları üzrə brifinqdə bəyan edib.
“ATƏT-in fəaliyyətdə olan ofisinin statusunun dəyişdirilməsi hər bir dövlətin suveren hüququdur. Azərbaycanın mövqeyi konstruktivdir. Düşünürəm ki, biz tezliklə Azərbaycanı təmin edəcək qərarlar qəbul edəcəyik. Yaxın vaxtlarda bu danışıqları uğurla başa çatdıracağımıza şübhə etmirəm”, - deyə L.Kojara qeyd edib.