Noyabrın 5-dən 10-dək Muzey Mərkəzinin sərgi qalereyasında "Fusion doll" II Bakı Beynəlxalq kukla biennalesi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
"Fusion doll" I Bakı Beynəlxalq kukla biennalesi 2011-ci il noyabrın 4-dən 10-dək Muzey Mərkəzində keçirilib.
Sərgidə dünyanın 9 ölkəsindən – Azərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya, Niderland, Rusiya və Ukraynadan 19 kukla ustası iştirak edib.
Azərbaycanı Elmira Abbaslı, Tamilla Qurbanova, Pərviz Hüseynov və İrina Qundorina, həmçinin "DA ART" studiyasının tələbələri – Fərəh Əliyeva, Nübar Şahbazova, Fidan Salahova və Alina Yusupova təmsil ediblər.