Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 46 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 18 nəfər həlak olub, 20 nəfər yaralanıb, 3 nəfər intihar edib.
5 nəfər qətldə, 6 nəfər sui-qəsddə və qəsdən bıçaq və bədən xəsarətləri yetirməkdə, 2 nəfər qarət və soyğunda, 24 nəfər oğurluqda, 7 nəfər avtomobil qaçırmaqda şübhəli bilinərək saxlanılıb.