Bakının Suraxanı rayonunda “Temsa” markalı sərnişin avtobusu və “Ford Transit” markalı yük avtomobilinin toqquşması nəticəsində 10-dan artıq adam müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə ATV telekanalı məlumat verib.
Belə ki, toqquşma nəticəsində sərnişin avtobusu aşıb, 13 nəfər xəsarət alıb, onlardan 3 nəfəri uşaqdır.
Zərərçəkənlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Avtobusun sürücüsünün sözlərinə görə, yol qəzasına texniki nasazlıq səbəb olub.