Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə din xadimlərini Ramazan ayında ayıq-sayıq olmağa çağırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri QMİ-də Ramazan ayının başlanması ilə əlaqədar keçirilən tədbirdən məlumat verib.
“Azərbaycan seçkilər ərəfəsindədir. Hamımızın eyni ölkədə yaşamasına baxmayaraq, bəzi insanlar xarici təsirlər altına düşməyə meyillidirlər. Sizə, din xadimlərinə müraciət edərək sizləri bu seçkilərdə fəal iştirak etməyə çağırıram”,- deyə A.Paşazadə bildirib.
“Məsələ seçkilərdə kimin seçiləcəyində deyil. Məsələ bundadır ki, hamı seçkilərdə iştirak etməlidir. Heç kəsin heç kəsə təsir göstərməyə və kiməsə səs verməyə məcbur etməyə ixtiyarı yoxdur. Azərbaycan qanunları qarşısında hamı bərabərdir”, - deyə o bəyan edib.
Şeyx əlavə edib ki, siyasətçilər, eləcə də məscidlərə aidiyyatı olmayan şəxslərin məscidlərin işinə qarışması qadağan edilir. “Bu, yolverilməzdir, biz məscidlərdə seçkiləri təbliğ edə bilərik, ancaq kiməsə səs verməyə məcbur edə bilmərik”.