Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Osman Plastik Sənaye və Ticarət” MMC-yə bir neçə adda məhsulun istehsalı və satışını qadağan edib. Bu barədə komitədən məlumat verilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Osman Plastik Sənaye və Ticarət” MMC-də aparılan yoxlamalar nəticəsində bir sıra çatışmazlıqlar aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə sinklənmiş metal materialdan künclük normativ sənədi, sinklənmiş metal materialdan tara uyğunluq sertifikatı və işçi çertyoju (cizgi), plastik kütlədən tara çertyojlar olmadan istehsal olunurmuş. Bununla yanaşı, alüminium materialından ЛСА tipli pilləkən, təsərrüfat şotkalarının istehsalında da çatışmazlıqlar aşkar edilib.
Aşkar olunmuş nöqsanlarla əlaqədar inzibati protokol tərtib edilib, həmçinin sinklənmiş metal materialdan künclük və taranın istehsalı və satışı qadağan edilib.