“Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası almağı, eləcə də heyvanları, texnika və daşınmaz əmlakı sığortalamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Satınalma təkliflər sorğusu metodu ilə iki lot üzrə həyata keçirilir.
Lot-1 Xaçmaz rayonunun Armudpadar kəndində soyuducu anbarda sistemli nəzarət üçün avadanlığın alınmasını və quraşdırılmasını nəzərdə tutur. İştirak üçün dövlət rüsumu 300 manat təşkil edir.
Lot-2 kənd təsərrüfatı texnikası, heyvan və daşınmaz əmlakın sığortalanmasını nəzərdə tutur. İştirak üçün dövlət rüsumu 400 manat təşkil edir.
Qaliblərin qiymətləndirilməsində bu meyarlar nəzərə alınacaq: aşağı qiymət, standartlara uyğunluq, işlərin yerinə yetirilmə müddəti, zəmanət və keyfiyyət.
Təkliflər iyulun 16-na qədər qəbul ediləcək, qiymətləndirmə proseduru iyulun 17-də baş tutacaq.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.