Azərbaycan polisləri Biləsuvar rayonunda külli miqdarda narkotik vasitənin satılmasının qarşısını alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Biləsuvar rayon polis şöbəsindən məlumat verilib.
Polislər Biləsuvar sakini Ramil Xammədovun “Mercedes” markalı avtomobilinə baxış keçirərkən 20 kq tiryək aşkarlayıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.