Türkiyə hakimiyyəti Gezi parkını yenidən açmaq barədə qərar qəbul edib. Bu barədə çərşənbə axşamı yerli KİV məlumat verir.
Məmurlar iyunun 15-dən bağlanmış parkı bir gün əvvəl ictimaiyyət üçün açıblar.
Lakin “Taksimlə Həmrəylik” hərəkatı nümayəndələrinin parkda mitinq keçirmək qərarını elan etməsi ilə əlaqədar polis bir neçə saat sonra Gezi parkının ətrafını dövrəyə alıb.
Parka girmək istəyən nümayişçilər polis tərəfindən dağıdılıb. Asayiş keşikçiləri onlara qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə ediblər.
Türkiyədə nümayişlər mayın 31-də ekoloqların aksiyası ilə başlayıb. Onlar Gezi parkının yenidən qurulması ideyasına qarşı çıxıblar. Tezliklə nümayişlər ölkənin bir sıra digər şəhərlərinə də yayılaraq antihökumət xarakteri alıb.