"Bank of Azerbaijan" 2013-cü ilin I yarısında aktivlərini 31,9% - 347,36 mln. manata qədər artırıb. Bu barədə bankdan məlumat verilib.
1 iyul 2013-cü il tarixinə bankın kredit portfeli 299,34 mln. manat (artım 47,8%) təşkil edib.
2013-cü il iyunun sonuna bankda depozit portfeli 181,05 mln. manat (artım 24,2%) təşkil edib.
1 iyul 2013-cü il tarixinə bankın nizamnamə kapitalı 50 mln. manata (artım 10,4%) bərabərdir.
2013-cü ilin I yarısında fəaliyyətin yekunları üzrə bankın gəlirləri 22,5 mln. manat, xərcləri 13,96 mln. manat, xalis mənfəəti 8,54 mln. manat təşkil edib.
“Bank of Azerbaijan” 1993-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.