“SOCAR Ukraine” şirkətinin strukturuna daxil olan “Transoil Company” MMC Odessa vilayətində yeni yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Burada müştərilərə Litva, Polşa və Belarusun neft emalı zavodlarında istehsal olunmuş, Avro-4 və Avro-5 standartalarına uyğun yüksək keyfiyyətli benzin və dizel yanacağı təklif edilir. Neft məhsulları assortimentinə A-92, A-95 benzinləri, həmçinin Nano-95 və NanoDiezel yanacaqları daxildir. Məntəqədə beş ədəd ikitərəfli yanacaqpaylayıcı kolonka quraşdırılıb ki, bu da eyni zamanda on avtomobilə yanacaq doldurulmasına imkan verir. Bu, SOCAR-ın Odessa vilayətində 9-cu məntəqəsidir”, - deyə məlumatda bildirilir.
Hazırda Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayevsk və Rovensk vilayətlərində “SOCAR” brendi altında 34 YDM fəaliyyət göstərir. Məntəqədə beş ədəd ikitərəfli yanacaqpaylayıcı kolonka quraşdırılmışdır ki, bu da eyni zamanda on avtomobilə yanacaq doldurulmasına imkan verir2030-cu ilə qədər şirkət onların sayını 66-ya çatdırmaq niyyətindədir.
Xəbər verildiyi kimi, “SOCAR Energy Ukraine” 2013-2014-cü illərdə Ukraynada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma komplekslərinin sayını 100-120-yə çatdırmağı planlaşdırır. Bu məqsədlər üçün $150 mln. investisiya tələb olunur.