Azərbaycan güləşin Olimpiya idman növü kimi qalmasını tam dəstəkləyir və bu istiqamətdə zəruri addımlar atmağa hazırdır. Bu barədə çərşənbə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
“Güləş bizim üçün çox mühüm idman növüdür. Bu, bizim tarixi idman növümüzdür. Olimpiya idmanının beş ən vacib növlərindən biri olan güləş Olimpiya oyunlarından çıxarıla bilməz”, - deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bu məsələnin dəstəklənməsi ilə bağlı İran, Rusiya və ABŞ-dan nazirliklər, federasiyalar və milli olimpiya komitələri səviyyəsində çoxlu sayda məktub alıb.