Azərbaycanın polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin satış cəhdinin qarşısı alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsinin əməkdaşları Hövsan qəsəbəsində Kürdəmir rayon sakini Nurəddin Quliyevi saxlayıblar. Axtarış zamanı onun üzərindən 1,8 kq marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.