“Azəryolservis” SC 2013-cü ilin sonuna qədər Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidənqurma işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə SC-nin məlumatında deyilir.
“Uzunluğu 59 km olan yolun 26 km-ni asfalt-beton, 33 km-ni çınqıl örtük təşkil edir. Yol uzun müddət istismarda olduğundan, yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yararsız vəziyyətə düşüb”,- deyə məlumatda bildirilir.
Layihə çərçivəsində Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri ilə, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirən yolun yenidən qurulması, 3 körpünün əsaslı təmiri nəzərdə tutulub.
Artıq yol boyu süni qurğuların, torpaq yatağının tikintisi, 20 km hissədə 2 qat asfalt-beton örtüyünün salınması başa çatdırılıb.