Meksika hərbçiləri müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və kriminal kartellərin üzvü olan 13 nəfəri ölkənin mərkəzində, Sakatekas ştatında atışma zamanı öldürüblər. Bu barədə yerli hakimiyyət məlumat verir.
Silahlı adamlardan ibarət qrup Sombrerete şəhərində maşınla hərəkət edərkən hərbçilər tərəfindən aşkar olunduqdan sonra atışma başlanıb.
Yalnız bir şübhəli sağ qalıb. O, “Qolfo karteli” qruplaşmasının üzvü olduğunu söyləyib.
Son zamanlar bu regionda tez-tez zorakılıq, soyğunçuluq və insan oğurluğu halları baş verirdi. Bundan əlavə, “Qolfo karteli” ərazini öz nəzarəti altında saxlamaq üçün digər cinayətkar qrup olan “Setas”a qarşı qızğın mübarzə aparır.