Cümə günü I Bakı Beynəlxalq Neonatoloji Konqresi işə başlayıb. Konqres iki gün davam edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Tədbir Avropa Neonatoloqlar Assosiasiyası ilə birgə keçirilir.
Konqresin işində Almaniya, İtaliya, Türkiyə, Norveç, Finlandiya, Rusiya və Gürcüstandan dəvət olunmuş 250-dən artıq mütəxəssisin iştirakı nəzərdə tutulub.
Konqresin plenar iclasında neonatologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinləniləcək.
Neonatologiya tibbin bir qolu olub körpə və yeni doğulmuş uşaqların inkişafını, xəstəliklərini və patoloji vəziyyətini öyrənir.