2013-cü ilin iyun ayında Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 354 müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentlyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Daxil olmuş müraciətlərin 227-si cari problemlərlə bağlı şikayət, 113-ü sorğu xarakterli olub, 14-ü aidiyyəti üzrə deyil.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.